COP29

“Mahir bəzən qeyri-ənənəvi işlər görür” - “Nürnberq”in icraçı direktoru

14 Yanvar 08:50 Bizimkilər 545
“Mahir bəzən qeyri-ənənəvi işlər görür” - “Nürnberq”in icraçı direktoru

“Nürnberq”in icraçı direktoru Yoti Hatzialeksiu komandanın futbolçusu Mahir Emreli haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “bild.de” nəşrinə açıqlama verən Almaniya klubunun rəsmisi milli komandamızın forvardı barədə bunları deyib:

"Mahirin bəxti və ya bəxtsizliyi ondadır ki, "Miro" özü də keçmiş hücumçudur. Buna görə də hücum edən oyunçularına yüksək tələblər qoyur.

Mahir inkişafı üçün növbəti addımı atmalıdır. Amma o, ruhən güclü biridir.

O, hətta bəzən qeyri-ənənəvi işlər görən sərbəst rəssamdır. Ona görə də bəzən Mahir 25 metrlik məsafədən hədəfə düşə bilir".

Mahir Emreli "Nürnberq"lə yayda bir illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!
14 Yanvar 02:30 Toyundan FOTOLAR paylaşdı