Türkiyə birinci liqasında 19-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi “Ankaragücü” səfərdə “Amedspor”a uduzub - 0:1.
Dadaşov oyunun 72-ci dəqiqəsində meydana daxil olub, Nəzərli iştirak ərizəsinə daxil edilsə də, oynamayıb.“
Bu nəticədən sonra "Ankaragücü” 27 xalla 8-ci pillədə qərarlaşıb.
R.Dadaşov bu mövsüm klubu ilə bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib.