“Azərbaycanda uşaqlar üçün 3-4 beynəlxalq turnir keçirdik”.
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, təcrübə toplamaq üçün belə səviyyədə iştirak vacibdir:
“Sonuncu yarış Qubada baş tutdu. Komandalarımız beyəlxalq yarışlara daha çox getməlidirlər.
Təəssüflər olsun ki, Özbəkistanın 15 yaşlı ftbolçulardan ibarət kollektivi gəlib bütün komandalarımızı məğlub etdi.
Yəni öyrəndik ki, futbolda Özbəkistanın 15 yaşlı uşaqları bizimkilərdən üstündür. Həmçinin digər turnirdə Belarusun U-15 komandası qalib gəldi.
Yarışdan-yarışa komandalarımızda artım hiss olunur. Görünür ki, təcrübə lazımdır.
Ona görə də həmin yaş qrupu üzrə komandalar daim yarışlara getməlidirlər. Bundan sonra Azərbaycanda yetişmiş futbolçular görə bilərik.
Son illərdə “Qarabağ”ın yerli futbolçuları - Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə, Elvin Cəfərquliyev yaxşı səviyyədədir.
Məsələn, Elvin Avropanın güclü çempionatlarında oynayacaq səviyyədə futbolçudur. Təcrübə qazandıqca “artırırlar”.