Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” bu gün yoldaşlıq oyunları keçirib.
Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Emrelinin formasını geyindiyi "Nürnberq" “İnqolştadt” üzərində ilk oyunda 2:1 hesablı qələbə qazanıb. Digər görüşdə isə 3:0 hesabı ilə qalib gəlib.
Mahir Emreli ikinci matçda penalti zərbəsindən fərqlənib.