COP29

“Mahir çox pul qazanır, çiyinləri üzərindəki yük böyükdür - O, azad ruhlu rəssamdır!”

01:10 Bizimkilər 167
“Mahir çox pul qazanır, çiyinləri üzərindəki yük böyükdür - O, azad ruhlu rəssamdır!”

“Nürnberq”in idman direktoru Yoti Çatzialexiou Mahir Emrelinin mövsümün birinci yarısındakı çıxışını dəyərləndirib.

Sportinfo.az “Bild”ə istinadla xəbər verir ki, funksioner azərbaycanlı hücumçudan gözləntilərini də gizlətməyib:

“Miro (komandanın baş məşqçisi Miroslav Klozeni nəzərdə tutur – red.) keçmiş hücumçudu. Onun bütün futbolçulardan, xüsusilə hücumçulardan tələbləri çox yüksəkdi.

Məncə, Mahirin bəxtsizliyi bundadır. O, komandamızın təcrübəli və çox pul qazanan futbolçusudur.

Bu üzdən çiyinləri üzərindəki yük çoxdu. O, daha çox inkişaf etmək üçün addımlar atmalıdır.

Mahiri necə təsvir edə bilərəm? Azad ruhlu rəssam! Emrelinin 25 metrdən vurduğu gözəl qol mənim üçün çox dəyərlidir.

Amma bəzən qeyri-ənənəvi davranışlar sərgiləməkdən çəkinmir”.

“Bild”in məlumatına görə, “Nürnberq” gələn ay müqavilə müddətini uzatmaq istədiyi futbolçulara rəsmi danışıqlara başlayacaq. Mahirin bu siyahıda olub-olmayacağı bilinmir.

Digər Xəbərlər
Xəbər Lenti