COP29

Baxın, biri də “Neftçi”dir

03:00 Bizimkilər 497
Baxın, biri də “Neftçi”dir

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha üç yoxlama oyununu idarə edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Yanvarın 10-da “Maqdeburq” - “Dinamo” (Kiyev) matçında Rauf Allahverdiyev, “Novi Pazar” – “Gangwong” görüşündə Əkbər Əhmədov, yanvarın 11-də isə “Hermanstadt” - “Neftçi” (Ferqana) qarşılaşmasında Kamran Əliyev baş hakim olacaq.

10 yanvar
15:00. “Novi Pazar” (Serbiya) – “Gangwong” U-23 (Cənubi Koreya)
Baş hakim:
Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov

16:00. “Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
Baş hakim
: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə

11 yanvar
16:00. “Hermanstadt” (Rumıniya) – “Neftçi” (Ferqana, Özbəkistan)
Baş hakim:
Kamran Əliyev
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Gülnurə Əkbərzadə

Yanvarın 8-də Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan yoxlama oyununun baş hakimi Əli Əliyev olub.

Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 02:00 Bu da son gələn!