COP29

“Mahirin bəxti və ya uğursuzluğu ondadır ki…” – İdman direktoru

01:00 Bizimkilər 473
“Mahirin bəxti və ya uğursuzluğu ondadır ki…” – İdman direktoru

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze və klubun idman direktoru Joti Çatzaleksiu futbolçuları - Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında danışıblar.

Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, onlar 27 yaşlı hücumçu barədə müxtəlif fikirlər səsləndiriblər.

Baş məşqçi Azərbaycan millisinin üzvü ilə bağlı danışarkən deyib:

“Mahirlə ünsiyyət asan deyil. Onun bəzi şeyləri etməsi üçün iki-üç dəfə tapşırıq verməlisən.

Buna görə də o, künc zərbələri və aut zamanı ya harada durmaq lazım olduğu barədə tez-tez məsləhətlər alır. Onunla daim işləyirəm”.

İdman direktoru isə Klozenin Mahirin qarşısına yüksək tələblər qoyduğunu söyləyib:

“Mahirin bəxti və ya uğursuzluğu ondadır ki, Miroslav Kloze keçmiş hücumçudur. Buna görə o, Mahirin qarşısına yüksək tələblər qoyur.

Mahir də indi öz inkişafı üçün növbəti addımı atmalıdır. Amma o, bəzən qeyri-ənənəvi işlər görən azad ruhlu insana çevrilir.

Bəlkə də rəssamdır. Ona görə də bəzən 25 metrdən qapıya zərbə vurur”.

M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 13 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib. O, son 6 matçda fərqlənə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 02:00 Bu da son gələn!