Türkiyə I Liqada 18-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da fomasını geyindiyi "Ankaragücü" bu dəfə evdə "Keçiörengücü" ilə qarşılaşıb.
Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renaldo Cefas dubl edib (39-cu, 55-ci dəqiqələrdə).
Renat da bu oyunda iştirak edib. 25 yaşlı forvard meydana 67-ci dəqiqədə Riad Bayiçin əvəzinə daxil olub.
Hazırda turnir cədvəlində "Ankaragücü" 27 xalla 5-ci, eyni xala malik "Keçiörengücü" isə 6-cıdır.