“İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib”.
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, ölkə başçısının idman ictimaiyyəti ilə görüşünə toxunub:
"Artıq 27 ildir bu ənənə davam edir. Mən elə ölkə tanımıram ki, hər dəfə ilin sonunda Prezident idmançılarla görüşsün, onları mənzillərlə təltif etsin.
Prezidentin də qeyd etdiyi kimi, ilin ən vacib yarışı Yay Olimpiya Oyunları idi.
Bunu Tokio olimpiadası ilə müqayisə etsək, həmin vaxt qızıl medalsız qaldığımızı deyə bilərik".