COP29

Yığmamızın müdafiəçisi getdiyi ölkədə qazandı və paylaşım etdi - FOTO

31 Dekabr 2024 01:00 Bizimkilər 411
Yığmamızın müdafiəçisi getdiyi ölkədə qazandı və paylaşım etdi - FOTO

Azərbaycan millisinin oyun,usu Zamiq Əliyev formasını geyindiyi “Eqnatiya”nın heyətində ilk titulunu qazanıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi məxsus olduğu klubun heyətində Albaniya superkubokunun sahibi oldu.

Belə ki, onun komandası həlledici görüşdə "Kukesi"ni 2:0 məğlub edərək kuboku əldə edib. Bununla bağlı Əliyev instaqram səhifəsində paylaşım edərək belə yazıb:

"Əla komanda işi! Ümid edirəm ki, birlikdə daha çox çempionluqlar qazanacağıq. Bizi hər zaman dəstəkləyən azarkeşlərimizə təşəkkür edirik".

23 yaşlı futbolçu 2024-cü il iyulun 1-də "Eqnatiya"ya keçib və 2027-ci il iyunun 30-na qədər Albaniya klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti