Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya Superkubokunu qazanıb.
Sportinfo.az xəbər verir ki, komanda həlledici oyunda “Kukesi” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, sona qədər ehtiyatda qalıb.
"Eqnatiya" 2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokunu qazanıb. Kubokun finalında onlar "Kukesi"ni məğlub etmişdilər.
Zamiq 2023-cü ilin iyunundan "Eqnatiya"da çıxış edir. O, bu mövsüm "Eqnatiya"da ümumilidə 19 oyunda meydana çıxıb.
23 yaşlı müdafiəçi ötən gecə komandası ilə ilk titulunu qazanıb.