Dünyanın ən güclü məşqçilərinin dekabr reytinqi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.
Cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1646 xala malikdir. O, dünyada 160-cıdır.
52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 12 xal itirib. Bu, 14 pilləlik geriləməyə səbəb olub.
“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 58-cidir. O, bir addım geriləyib.
Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 185-cidir. Onlardan fərqli portuqaliyalı mütəxəssis 7 pillə irəliləyib. Lakin Santuş Qurbanovla Berdıyevdən geri qalır.
Siyahıya “Mançester Siti”nin 2162 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.