Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü" növbəti dəfə xal itirib.
Sportinfo.az xəbər verir ki, komanda Türkiyə 1-ci Liqasının 17-ci turunda "Çorum"un qonağı olub.
Hər iki təmsilçimiz matça ehtiyat oyunçular skamyasında start verib. Renat hesab 0:1 olarkən matçın 62-ci dəqiqəsində meydana daxil olmaq şansı qazanıb.
Ankara klubu bundan sonra son dəqiqələrdə məğlubiyyətdən qaça bilib - 1:1.
@Ankaragücü" 24 xalla 9-cu pillədə qərarlaşıb.