Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm.
Sportinfo.az xəbər verir ki, bunu "Ankaragücü"də çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.
Ötən gün I Liqanın XVII turunda "Çorum"la heç-heçə etdikləri oyunun 61-ci dəqiqəsində meydana çıxan forvard qarşılaşmanın asan olmadığını bildirib:
"Komandamızın böyük əməyi və azarkeşlərimizin heyrətamiz dəstəyi ilə xal qazana bildik".
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.