Azərbaycanın 37 futbol hakimi qış fasiləsində Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq.
Sportinfo.az xəbər verir ki, onlar toplanış ərzində bir neçə oyun idarə edəcək.
Premyer Liqanın 37 hakimi yanvarın 6-dan 12-nə qədər təlim-məşq toplanışı üçün Antalyaya yollanacaqlar.
Onlar toplanış müddətində oyunlar idarə edəcəklər. Bundan əlavə, təşkil olunacaq seminarlara xarici mütəxəssislər dəvət olunacaq.
Seminarda köməkçi hakimlər üzrə UEFA mütəxəssisi Leyf Lindberq, VAR mütəxəssisi Kristof Dyerik, UEFA-da fiziki hazırlıq üzrə baş məşqçi Verner Helsen, UEFA konvensiyası koordinatoru Leonid Kaloşin də iştirak edəcək.