Azərbaycanın beynəlxalq dərəcəli hakimi Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib.
Sportinfo.az xəbər verir ki, AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 33 yaşlı referi beynəlxalq oyunlarda yüksəksəviyyəli idarəçiliyinə görə bu kateqoriyaya layiq görülüb.
O, müstəqillik dövründə bu pilləyə yüksələn ikinci azərbaycanlı hakimdir. Daha əvvəl Əliyar Ağayev bu uğura imza atıb.