“Nürnberq” Mahir Emrelini buraxmaq istəmir.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Almaniyanın II Bundesliqa klubu millimizin hücumçusunun müqavilə müddətini artırmağı planlaşdırır.
Buna görə də “Nürnberq” Emreli ilə danışıqlara başlayıb. 7 yaşlı forvardın hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir.
“Nürnberq” isə onu daha bir il, 2025/2026 mövsümünün sonuna qədər artırmağı təklif edir.
Millimizin üzvü hələ ki, “Nürnberq”ə konkret cavab verməyib.