COP29

Klubundan ayrıldı, ölkə xaricindən iki təklif gəldi

17 Dekabr 21:00 Bizimkilər 365
Klubundan ayrıldı, ölkə xaricindən iki təklif gəldi

Latviyada top qovan Nazim Məmmədzadə vətənə qayıdıb.

Bu ilin iyulundan “Qrobinya”ın uğurları üçün tər tökən 23 yaşlı müdafiəçinin klubla müqaviləsi başa çatıb.

Nazim karyerasını yenidən Virsliqada davam etdirə bilər.

Belə ki, yüksək dəstədə mübarizə aparan “Dauqavpils”, eləcə də elitaya vəsiqə qazanan “Super Nova” həmyerlimizin xidmətində maraqlıdır.

Nazimə Azərbaycanın I Liqa klubları da maraq göstərir. Səbəbkar yüksək liqada oynamaq istədiyindən, yenidən Latviyaya qayıdacağı inandırıcı görünür.

Buna qədər Makedoniyada “Renova”, İspaniyada “Moralo” və “Marino de Luanko” legioner həyatı yaşamış Məmmədzadə, başa çatan Latviya çempionatında 13 oyunda şans qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 20:40 Sizə soyuq deyil? - VİDEO
17 Dekabr 19:50 Çək və bizə göndər!
17 Dekabr 11:00 TƏKLİF - Sadəcə, super!
17 Dekabr 02:50 “Qarabağ”dan sonra...