COP29

Azərbaycan yığmasının legioneri 1 milyon avroya yaxın pul qazanacaq

11 Dekabr 14:20 Bizimkilər 1 021
Azərbaycan yığmasının legioneri 1 milyon avroya yaxın pul qazanacaq

“Tedjon Xana Sitizen”də çıxış edən Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyada qalmağı lazım bilib.

O, klubu ilə müqaviləni uzadıb.

Yığmamızın 26 yaşlı üzvünün yeni sözləşməsi 2027-ci il dekabrın 31-dəkdir.

Ukrayna kökənli Krivotsyuk 2023-cü ilin fevralından “Tedjon Xana Sitizen”də çıxış edir. Bu mövsüm ümumilikdə 28 oyuna 2 qol vurub və 1 qol ötürməsi ilə yadda qaılb.

2023-cü ilin fevralından Cənubi Koreyada legioner həyatı yaşayan sabiq "Neftçi"li təsadüfən “Tedjon Xana Sitizen”də qalmağa üstünlük verməyib.

Asiyalılar başqa təklifləri də olan Antona əvvəlkindən daha yaxşı şərtlər irəli sürüb. O, qarşıdakı 3 ildə 1 milyon avroya yaxın pul qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti