COP29

Yenilik - Hərbçilərlə bağlı Əsasnaməyə dəyişiklik olundu

11 Dekabr 07:40 Bizimkilər 260
Yenilik - Hərbçilərlə bağlı Əsasnaməyə dəyişiklik olundu

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik olunub.

Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməklə hərbi xidmətdən buraxılan şəxslərlə yanaşı, (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), xidməti uyğunsuzluğa görə hərbi xidmətdən buraxılanlar da (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.

Qanun layihəsi üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti