COP29

“Dörd saat yol gedirsən, sonra evə əliboş qayıdırsan - Bu, çox pisdir”

4 Dekabr 22:40 Bizimkilər 254
“Dörd saat yol gedirsən, sonra evə əliboş qayıdırsan -  Bu, çox pisdir”

"Dinamo"nun (Berlin) azərbaycanlı hücumçusu Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasının 17-ci turunun "Çvikkau" klubuna uduzduqları (0:1) matçı şərh edib.

Sportinfo.az xəbər verir ki, “Berliner Kurier”ə açıqlama verən millimizin sabiq forvardı komandasının məğlubiyyəti haqda bunları deyib:

“Dörd saatlıq yol qət edirsən və matça qalib gəlmək arzusu ilə gedirsən. Amma sonda evə əliboş qayıdırsan. Bu isə çox pis hissdir”.

Hazırda "Dinamo" 25 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər