COP29

Millimizin sabiq üzvü Asiyanın Çempionlar Liqasında nə etdi?

08:30 Bizimkilər 273
Millimizin sabiq üzvü Asiyanın Çempionlar Liqasında nə etdi?

Asiya Çempionlar Liqasında Liqa fazasının 6-cı turunun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Cohor Darul Tazim" (Malayziya) doğma meydanda Tailanddan "Buriram Yunayted"i qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Eddi İsrafilov da bu oyunun iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

"Cohor Darul Tazim" 6 turdan sonra 8 xal toplayıb və Asiya Çempionlar Liqasının şərq zonasında 12 komanda arasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti