Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, təmsilçimizin komandası səfərdə "Motor"un qonağı olub.
Zədəli Məmmədov 17-ci tur çərçivəsində keçirilən qarşılaşmada forma geyinməyib. "Radomyak" 0:1 hesabı ilə uduzub.
Rahilin komandası ardıcıl ikinci turda uduzaraq, 16-cı pilləyə geriləyib.