COP29

Azərbaycanlı müdafiəçi Rusiya, Ukrayna və Rumıniya klublarının maraq dairəsində

3 Dekabr 09:00 Bizimkilər 582
Azərbaycanlı müdafiəçi Rusiya, Ukrayna və Rumıniya klublarının maraq dairəsində

Azərbaycan millisinin və "Eqnatiya"nın müdafiəçisi Zamiq Əliyev qışda karyerasında dəyişiklik edə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, milli komandamızın üzvünə Əliyevə Rusiya, Ukrayna və Rumıniya yüksək liqalarında yarışan klublardan maraq var.

Portuqaliyanın "Eştrela Amadora" klubunun transfer siyahısında yer almış Zamiqin meneceri hazırda bu məsələlərlə məşğuldur.

Maliyyə məsələlərinə görə yayda Portuqaliya klubuna keçidi baş tutmayan Əliyevin Rumıniyaya yollanmağa daha yaxın olduğu iddia edilir. 23 yaşlı futbolçu 2024-cü il iyulun 1-də “Eqnatiya”ya keçib.

O, 2027-ci il iyunun 30-na qədər Albaniya klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti