19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iki üzvü karyerasını Moldovada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, futbolinfo.az-ın məlumatına görə, bunlar yarımmüdafiəçilər Həsən Nəzərli və Murad Məmmədovdur.
Onların Moldovada təşkil olunan Avropa çempionatının seçmə mərhələsindəki çıxışı “Zimbru”nun baş məşqçisi Hikmət Karamanın diqqətini cəlb edib.
Xüsusən də millimizin Moldova ilə heç-heçə (2:2) etdiyi son oyun türkiyəli mütəxəssisin fikrini konkretləşdirib. Həmin qarşılaşmada Nəzərli hər iki qolun müəllifi, Məmmədov isə 85 dəqiqə meydanda olub.
Həsən Nəzərli Türkiyənin “Ankaragücü” klubunda, Murad Məmmədov isə “Neftçi”də çıxış edir.