Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda 14-cü turda öz meydanında “Düsseldorf"la qarşılaşıb.
Görüş 2:2 hesablı heç-heçə başa çatıb. Mahir start heyətdə yer alıb və 74-cü dəqiqədə Lukas Şlaymerlə əvəzlənib.
"Nürnberq" turnir cədvəlində 19 xalla 12-ci, "Düsseldorf" isə 22 xalla 8-ci pillədə qərarlaşıb.
"Nürnberq" - "Düsseldorf" 2:2
Qollar: Yelts, 15 (1:0), Yohanesson, 67 - pen. (1:1), Tzimas, 85 (2:1), Yustvan, 90+1 - avtoqol (2:2)