COP29

Kloze: “Mahir nəyisə bəyənməsə, əsəbiləşə bilər”

1 Dekabr 01:00 Bizimkilər 233
Kloze: “Mahir nəyisə bəyənməsə, əsəbiləşə bilər”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandasının hücumçusu Mahir Emreli barədə danışıb.

Sportinfo.az “Bild”ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis Mahirin emosionallığı haqda danışarkən bunları deyib:

“Mahirin sərt xasiyyəti var. Bəzən oyun zamanı nəyisə bəyənməsə əsəbiləşə bilər”.

Klubun çalışdırıcısı Mahirin inkişafından çox razıdır: “Onun necə çıxış etdiyini və aydın şəkildə formasının yaxşılaşdığını görürəm”.

Emreli bu yay Almaniya ikinci Bundesliqa təmsilçisi “Nürnberq”ə keçib. Bu mövsüm futbolçunun aktivində 3 qolu və 1 qol ötürməsi var.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi