COP29

Elçin Belçika klubunun qələbəsinə şahidlik etdi

03:40 Bizimkilər 69
Elçin Belçika klubunun qələbəsinə şahidlik etdi

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA Konfrans Liqası oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda keçirilən “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olub.

Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirib.

Oyun “Serkle Brügge”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Elçin Məsiyev meydan sahiblərinin bir, qonaqların isə iki futbolçusuna sarı vərəqə göstərib.

“Serkle Brügge” 7 xalla 11-ci, "Harts" isə 6 xalla 17-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 02:20 Millimiz Rusiyaya yenildi