Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün formasını geyindiyi "Helsinki” (Finlandiya) Konfrans Liqasının əsas mərhələsinin 4-cü turunun matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Finlandiya çempionu səfərdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşıb.
Kökçünün komandası 0:1 uduzub. Oyuna start heyətində çıxan millimizin üzvü 68-ci dəqiqədə əvəzlənib. “Helsinki” 3 xalla 31-ci pillədədir.