"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandasının hücumçusu Mahir Emreli barədə danışıb.
"Bild" qəzeti yazır ki, bu mövsüm aktivində 3 qolu və 1 qol ötürməsi olan Emreli bu nəticəyə görə komanda yoldaşı Tsimasdan (6 qol, 1 qol ötürməsi) geri qalsa da, meydandan kənarda əsas liderlərdən birinə çevrilir.
Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Kloze Mahirin emosionallığı haqda danışarkən bildirib:
"Mahirin sərt xasiyyəti var. O, oyun zamanı ona xoş olmayan nəsə baş verərsə, bəzən əsəbiləşə bilər".
Qəzetin yazdığına görə, ümumən Kloze Mahirdəki inkişafdan çox razıdır:
"Xoş və müsbət haldır ki, o, derbidəki kimi bloklar edərkən bundan öyünməyə başlayır. Mən onun formasının aydın şəkildə yaxşılaşdığını görürəm".