Ukrayna çempionatında 14-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son oyununda millimizin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polissya” öz meydanında “Zorya”nı qəbul edib.
Matç 1:1 hesabı ilə yekunlaşıb.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Mustafayev 74-cü dəqiqədə, komandası hesabda geri olarkən Boqdan Lednevin əvəzinə meydana daxil olub. Emilin oyuna qoşulmasından 11 dəqiqə sonra “Polissya” bərabərlik qolunu vurub.
Bu nəticədən sonra Mustafayevin komandası xallarının sayını 23-ə çatdırmaqla turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 16 xala malik “Zorya” isə 10-cu pillədə qərarlaşıb.