Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Məmmədovun komandası 16-cı turda "Stal"ı qəbul edib.
Millimizin üzvü zədəli olduğu üçün oynamayıb. "Radomyak" bu görüşdə rəqibinə 1:2 uduzub.
Rahilin komandası 15 turdan sonra 16 xal toplayıb və 14-cü pillədədir.