Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, təmsilçimizin komandası Ankara derbisində uduzub.
"Gənclərbirliyi"nin ev sahibi olduğu oyunun taleyini 1 qol həll edib. Fasilədən sonra meydan sahibləri qələbə topunun müəllifi olub.
Zədəsini yeni sağaldan Renatın və gənc Həsən Nəzərlinin adı iştirak ərizəsinə daxil edilməyib.
"Ankaragücü" 13 oyundan sonra 19 xalla 7-ci pillədə qərarlaşıb.