UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Avropa ölkələrinin liqalarında yaranmış fasilə başa çatıb.
Sportinfo.az xəbər verir ki, Almaniya II Bundesliqasında da oyunlar bərpa olunub.
13-cü turun qarşılaşmasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Nürnberq" səfərdə I Bundesliqaya vəsiqə uğrunda yarışan "Paderborn"la səfərdə qarşılaşlb.
M.Emreli əsas heyətdə yer alıb və sonadək meydanda olub. O, 8-ci dəqiqədə gözəl qol ötürməsi edib və Soares hesabı bərabərləşdirib - 1:1.
Oyunun yekun nəticəsi isə 3:2 hesabıyla ev sahiblərinin xeyrinə başa çatıb. "Paterborn" qələbə qolunu matçın son saniyələrində - 90+6-cı dəqiqədə vurub.
Bu qələbədən sonra xalını 24-ə çatdıran "Paderborn" liderliyə yüksəlib. "Nürnberq" isə 13 oyundan 18 xalla 8-ci pillədədir.
M.Emreli bu mövsüm "Nürnberq"lə bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 4 qol vurub (3-nü 2-ci bundeliqada, 1-ni Almaniya kubokunda), 1 qolun isə ötürməsini edib.
"Paderborn" - "Nürnberq" 3:2
Qollar: Qrimaldi, 6 (1:0), Soares, 8 (1:1), Tsimas, 51 (1:2), Obermair, 54-pen. (2:2), Brackeimann, 90+6