COP29

Azərbaycanlı müdafiəçi həftənin "11-liy"inə seçildi – Getdiyi ölkədə

11 Noyabr 22:40 Bizimkilər 448
Azərbaycanlı müdafiəçi həftənin "11-liy"inə seçildi – Getdiyi ölkədə

"Radomyak"da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.

28 yaşlı müdafiəçi XV turun "11-liy"inə seçilib. Məmmədovun komandası səfərdə "Poqon"u məğlub edib - 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.

"Radomyak" 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər Lenti