COP29

Mahir qol vurdu, Kloze narazı qaldı: “Yaxşı oynamadı, çevik deyildi”

5 Noyabr 13:20 Bizimkilər 537
Mahir qol vurdu, Kloze narazı qaldı: “Yaxşı oynamadı, çevik deyildi”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxışı ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az “Sport Bild” nəşrinə istinadən xəbər verir ki, o, II Bundesliqanın XI turunda “Hamburq”a qarşı keçirilən matçda futbolçunun oyununu dəyərləndirib.

Mütəxəssis 27 yaşlı hücumçudan razı qalmadığını söyləyib:

“Fikrimcə, Mahir Emreli o qədər də yaxşı oynamadı. Topla yetərincə çalışmadı və kifayət qədər çevik deyildi”.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb, “Nürnberq”in yeganə qoluna 63-cü dəqiqədə Mahir Emreli imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 22:00 Gəl, müqaviləni uzat!
23 Dekabr 20:00 Juninyo gedir...