COP29

Almaniyalı məşqçi Mahiri bəyənir: “Bu üçlüyü nəzarətə götürmək çətin olacaq”

3 Noyabr 16:05 Bizimkilər 544
Almaniyalı məşqçi Mahiri bəyənir: “Bu üçlüyü nəzarətə götürmək çətin olacaq”

Almaniyalı futbol mütəxəssisi Diter Heqqinq (Dieter Hecking) 2-ci Bundesliqada bu gün keçiriləcək “Hamburq” - “Nürnberq” matçı ilə bağlı fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu haqda “Bild” qəzetinə danışıb.

Hər iki komandada baş məşqçi kimi fəaliyyət göstərmiş Heqqinq hazırda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi “Nürnberq”in yaxşı formada olduğunu söyləyib:

“Nürnberq” derbidə “Fyurt” üzərindəki 4:0, “Reqensburq”la matçda isə 8:3 hesablı qələbədən sonra əla formadadır.

Bundan başqa komandanın hücum triosu - Cülian Yuştvan, Mahir Emreli və Stefanos Tsimasdan gözləntilər çoxdur. Bu üçlüyü nəzarətə götürmək çətin olacaq”.

O, həmkarı Miroslav Klozenin mövsümün əvvəlinə uğursuz başlayan “Nürnberq”də yaxşı işlər gördüyünü də deyib: “

Heç şübhəsiz, Miro doğru nəticələr çıxardı. Komandaya təzyiq çox olanda o, geri çəkilmədi. Bu, mənə xoş gəldi”.

11-ci turun “Hamburq” - “Nürnberq” matçı bu gün Bakı vaxtı ilə saat 16:30-da başlanacaq. 10 oyundan 18 xalı olan “Hamburq” 5-ci, 16 xala malik “Nürnberq” isə 8-ci yeri tutur.

M.Emreli 2-ci Bundesliqada son iki oyunun hər birində 1 qol vurub. O, daha 1 dəfə isə Almaniya kubokunun matçında fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 11:00 Bir-bir gəlin!
5 Noyabr 03:50 Növbəti təyinat aldı
5 Noyabr 03:20 Orada bir bizimki var...