Türkiyədə birinci liqanın 11-ci turunun bir sıra oyunları baş tutub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” səfərdə “Adanaspor”la qarşılaşıb.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Diniyev start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Hazırda "Bandırmaspor" 21 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib.