“Neftçi”nin sabiq prezidenti və UEFA nümayəndəsi Orxan Hüseynzadə təyinat alıb.
Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının 4-cü turunun noyabrın 5-də keçiriləcək PSV (Niderland) – “Jirona” (İspaniya) görüşündə UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Eyndhoven şəhərində yerləşən PSV stadionunda keçiriləcək.