COP29

Mina təmizləyərkən həlak olanlara şəhid statusu verilə bilər

1 Noyabr 08:10 Bizimkilər 245
Mina təmizləyərkən həlak olanlara şəhid statusu verilə bilər

“Mina təmizləyərkən həlak olanlara şəhid adının verilməsi ilə bağlı təkliflər müsbət qarşılanıb”​.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev komitə iclasında bildirib.

“Bu məsələ “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun müzakirə predmeti deyil. Digər tərəfdən, minatəmizləyənlərə bəzi güzəşt və imtiyazların verilməsi də təklif olunmuşdu. Bu güzəşt və imtiyazların onlara verilməsi üçün müvafiq qanunlara dəyişiklik edilməsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılıb. İrəli sürülən təkliflərdə qeyd edilən güzəşt və imtiyazlar sahəvi qanunlarda öz müsbət həllini tapa bilər”, - komitə sədri əlavə edib.

Xəbər Lenti