COP29

Mahir Emreli daha kor-peşman deyil...

1 Noyabr 01:00 Bizimkilər 2 384
Mahir Emreli daha kor-peşman deyil...

Azərbaycan millisinin forvardı Mahir Emreli legioner həyatı yaşadığı müddətdə karyerasının ən yaxşı göstəricisini təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, "Nürnberq"də çıxış edən hücumçu buna "Hoffenhaym"a ötən gün uduzduqları (1:2) Almaniya Kubokunun 1/16 final matçında fərqlənməklə nail olub.

Beləliklə, forvard yalnız yerli turnirlər nəzərə alınmaqla meydana çıxdığı son üç qarşılaşmanın hər birində rəqib qapısına yol tapıb.

Emreli II Bundesliqada "Qroyter Fyurt"a qalib gəldikləri oyunda (20 oktyabr, 4:0) hesabı açıb, bundan beş gün sonra "Reqensburq"u 8:2 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.

O, 2021-ci ildə Polşanın "Legiya" klubunun heyətində də bunu bacarıb.

Hücumçu həmin vaxt Ekstraklasanın VIII turunda "Qurnik"ə (19 sentyabr, 3:1) qalib gəldikləri, ölkə kubokunda "Suvalki"ni (22 sentyabr, 3:1) məğlub etdikləri və IX turda "Rakuv"a uduzduqları (30 sentyabr, 2:3) matçda adını tabloya yazdırıb.

M.Emreli “Nürnberq” ilə "1+1" illik müqavilə imzalayıb.

Xəbər Lenti