COP29

Mahirə arxalanmaq olarmı?

24 Oktyabr 14:20 Bizimkilər 869
Mahirə arxalanmaq olarmı?

Almaniya mətbuatı "Nürnberq"in ikinci Bundesliqanın 9-cu turunun "Qroyter" üzərində qazandığı qələbəni (4:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, yerli həmkarlarımız Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin performansına da toxunub.

"Liga-zwei.de" portalı millmizin üzvü haqda bunları yazıb:

"Mahir Emreli və Stefanos Tsimas ikilisi, Fürtddə onun arxasında oyun qurucusu Yulian Yustvan əla gün keçirdilər.

Bu sxem sehrli üçbucağın xüsusiyyətlərinə bənzəyirdi. Emreli 13-cü dəqiqədə uzaq məsafədən vurduğu gözəl zərbə ilə "Nürnberq"i önə keçirdi,

Tsimas iki dəfə fərqləndi və Nahuel Noll isə Yustvanı saxlaya bilmədi. Yustvan “Nürnberq”ə köçməzdən əvvəl də ikinci Bundesliqada öz keyfiyyətlərini nümayiş etdirmişdi.

Lakin Emreli və Tsimas burada debüt edirlər. Onlar bir-birilərinə tez uyğunlaşdılar.

Komandaya zədəli və hələ də formada olmayan, cəmi 4 oyun keçirən yunan və azərbaycanlı çox hərəkət edir, bəzən təzyiqlə "Qroyter"ə ciddi problemlər yaşadırdı.

Əgər Tsimas, Emreli və Yustvan öz potensiallarını Fürtdəki kimi nümayiş etdirməyə davam etsələr, klubun azarkeşləri yaxın aylarda onlara arxalana bilərlər".

Mahir Emreli “Nürnberq”in 4:0 qalib gəldiyi görüşdə debüt qolunu vurub.

Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu