“Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emreli ikinci Bundesliqada ikinci ən sürətli hücumameyilli futbolçu olub.
Sportinfo.az xəbər verir ki, millimizin üzvü 8-ci turda "Proyssen”lə qarşılaşmada (3:2) 33,8 km/saat sürətə çatıb.
Yayda Emreli “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.
Mahir ötən turda "Qroyter Fürt"lə (4:0) görüşdə fərqlənərək "Nürnberq"də qol hesabını açıb.