COP29

"Biz qol vura bilmirik, bu, məni çox qıcıqlandırır"

12:40 Bizimkilər 146
"Biz qol vura bilmirik, bu, məni çox qıcıqlandırır"

“Dinamo”nun (Berlin) azərbaycanlı hücumçusu Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Liqasının 12-ci turu çərçivəsində Leypstiq “Lokomotiv”inə qarşı görüşdəki məğlubiyyətini (0:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, “Berliner Kurier”ə danışan millimizin sabiq forvardı bunları deyib:

“Bu, son dərəcə kədərlidir. Yenə qol vura bilmirik. Bu, həqiqətən məni çox qıcıqlandırır.

Elə yaxşı oyunçularımız var, amma nədənsə hücuma son nöqtəni qoya bilmirik. Biz səhv mövqe tuturuq və ya səhv qərarlar veririk.

Bütün bunları məşqdə tətbiq edirik və bu, yaxşı nəticə verir. Amma bunu matçlarda tətbiq etməliyik.

Biz çox səy göstəririk, amma özümüzü mükafatlandıra bilmirik. Yaxşı olacağına inanıram”.

“Dinamo" liderdən 16 xal geri qalaraq 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti