COP29

Vüsal “Boluspor”da oynamır, məcburi istirahət edir - VİDEO

03:50 Bizimkilər 126
Vüsal “Boluspor”da oynamır, məcburi istirahət edir - VİDEO

Türkiyə birinci liqasında 9-cu turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, həmyerlimiz Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” öz meydanında “Çorum”u qəbul edib.

Matç Bolu klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

V.İsgəndərli əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran “Boluspor” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti