COP29

"Bild" Mahirdən yazdı: "Miroslav Kloze ona nə edib?”

00:40 Bizimkilər 505
"Bild" Mahirdən yazdı: "Miroslav Kloze ona nə edib?”

Almaniyanın tanınmış "Bild" nəşri 2-ci bundesliqanın 9-cu turunun dünən keçirilən "Qroyter” - "Nürnberq" derbi oyunundan (0:4) yazıb.

Azərbaycan millisinin 27 yaşlı hücumçusu Mahir Emreli 13-cü dəqiqədə gözəl qolla hesabı açıb.

Bu, onun Almaniya çempionatında ilk qolu olub.

Sportinfo.az xəbər verir ki, "Bild" nəşri M.Emreli ilə bağlı yazıb:

"Baş məşqçi Miroslav Kloze hücumçularına nə edib? Emreli və Tsimas (matçda 2 qolun müəllifi) dünya səviyyəli keçmiş hücumçunu sevindirir.

Klubdakı ilk qoldan sonra Emreli texniki zonaya qaçaraq məşqçisini qucaqladı və sevincini onunla bölüşdü".

Kloze bununla bağlı deyir: "Bunu qeyd edən oyunçular mənimlə birlikdə məşq edirlər".

Qəzet Klozenin hücumçuları ilə bağlı fikirlərinə də yer verib.

"Biz çoxdan idi onların bir-biri ilə meydanda anlaşacaqlarını gözləyirdik. Emreli zədəsinə görə çoxdandı əziyyət çəkirdi. Amma biz ona vaxt vermişdik" - deyə Kloze vurğulayıb.

"Bild" qəzeti daha sonra yazır: "Azərbaycanlı futbolçu Klozenin sayəsində getdikcə liderə çevrilir.

O, bəzən öz cərimə meydançaları daxilində müdafiə də olunur və müdafiəçiyə xas keyfiyyətləri ilə sevindirir".

Digər Xəbərlər
Xəbər Lenti