COP29

Mahir almanlara dedi: “Qol vurmaq xoşuma gəlir”

21 Oktyabr 12:40 Bizimkilər 296
Mahir almanlara dedi: “Qol vurmaq xoşuma gəlir”

Xəbər verdiyimiz kimi, “Nürnberq”də forma geyinən Mahir Emreli Almaniya Bundesliqasında “Qroyter”lə matçda baxımlı qola imza atıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra Mahir klubun saytına açıqlamasında təəssüratlarını bölüşüb.

“Biz bir həftə idi taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Mən komandamız adına çox şadam ki, qələbə qazana bildik.

İndi biz qələbəni bayram edə bilərik. Sabahdan isə növbəti matça köklənməliyik”.

Hücumçu sözlərinə belə davam edib:

“Qol vurmaq xoşuma gəlir. Yəqin ki, bu, karyeramda vurduğum ən gözəl qollardan biridir, amma ən vacibi derbidə qazandığımız qələbədir”.

Mahir Almaniyada ilk dəfə derbi matçına çıxması barədə də fikirlərini bildirib:

“Belə oyunlar xoşuma gəlir. Mən bir çox derbidə oynamışam.

Həmişə emosiyalar olur. Bu matçlar bir qədər fərqlidir.

Azarkeşlərə bu gün qələbə bəxş etmək sözlə ifadə edilməyəcək hisslərdir”.

Digər Xəbərlər
Xəbər Lenti