COP29

Mahir Emrelinin Almaniyada yaşadığı XOŞ GÜN - VİDEO

21 Oktyabr 00:50 Bizimkilər 301
Mahir Emrelinin Almaniyada yaşadığı XOŞ GÜN - VİDEO

Almaniya II Bundesliqasında 9-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” derbidə səfərdə “Qroyter”lə qarşılaşıb.

Emreli start heyətdə meydana çıxıb. O, 13-cü dəqiqədə təxminən 25 metrlik məsafədən gözəl qol vurmaqla hesabı açıb.

Bu, onun Almaniya çempionatında ilk qolu olub. 18 və 34-cü dəqiqələrdə “Nürnberq” Tzimasnıbin qolları ilə daha 2 dəfə fərqlənib.

87-ci dəqiqədə qonaqlar Şlyaymerlə matçda son nöqtəni qoyub - 4:0.

Millimizin forvardı 62-ci dəqiqədə Benjamin Qollerlə əvəzlənib.

Bu qələbə sayəsində "Nürnberq" xalını 13-ə çatdırıb və 9-cu pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti