COP29

Millimizin hücumçusunun Malatyada gördükləri bu VİDEOda

09:20 Bizimkilər 124
Millimizin hücumçusunun Malatyada gördükləri bu VİDEOda

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" Türkiyə 1-ci Liqasında 9-cu turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Yeni Malatyaspor”un qonağı olub.

Qarşılaşma “Ankaragücü”nün 3:0 hesablı qələbəsi ilə başa çatıb. Renat Dadaşov oyuna ehtiyatda başlayıb. O, 82-ci dəqiqədə Riad Bajiçin yerinə meydana daxil olub.

Xallarının sayını 13-ə çatdıran "Ankaragücü" turnir cədvəlində 8-ci pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?