COP29

“Bild”: “Mahir qol vura bilmir, “Nürnberq”də əsl mərkəz hücumçu çatışmazlığı var”

17 Oktyabr 22:40 Bizimkilər 283
“Bild”: “Mahir qol vura bilmir, “Nürnberq”də əsl mərkəz hücumçu çatışmazlığı var”

Almaniya mətbuatı “Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emrelinin İkinci Bundesliqanın 9-cu turunun “Qroyter”ə qarşı keçirəcəyi oyunda mümkün iştirakından yazıblar.

Sportinfo.az xəbər verir ki, “Bild” nəşri millimizin forvardı haqda bunları qeyd edib:

"Komanda təcili olaraq hücumda daha çox gücə ehtiyac duyur. Hazırda əsl mərkəz hücumçu çatışmazlığı var.

Klub qarşıdakı derbidə Emreliyə böyük ümidlər bəsləyir. Komandanın yeni oyunçusu topuğundakı zədə səbəbindən mövsümün əvvəlində yox idi.

İndiyədək cəmi 75 dəqiqə meydanda olduğu üç oyunda qol vura bilməyib. Yəqin ki, derbi Mahirin debüt qolu üçün mükəmməl fürsət olacaq".

“Qroyter” – “Nürnberq” görüşü oktyabrın 20-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti